Bağlanan banklarda pulu olanların nəzərinə!

Bağlanan banklarda pulu olanların nəzərinə!
İqtisadiyyat 1605

 

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) üzvü olan "Dekabank”, "Kredobank”, "Parabank” və "Zaminbank” ASC-lərdə sığorta hadisəsi baş verib.

BAKU.WS bu barədə ƏSF-yə istinadən xəbər verir.

"Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq, "Dekabank”, "Kredobank”, "Parabank” və "Zaminbank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə avqustun 1-dən başlanacaq.

Fond məlumat üçün bildirir ki, 1 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən, ƏSF-nin Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə "Dekabank”, "Kredobank”, "Parabank” və "Zaminbank”a bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib.

BAKU.WS

Son xəbərlər