Mərkəzi Bank: "Bağlanan bank əhalinin pulunu qaytara bilmir"
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) üzvü olan "Gəncəbank” ASC-də sığorta hadisəsi baş verib.
BAKU.WS-in Fonda istinadla verdiyi məlumata görə, ƏSF Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məktubaa istinadla bildirir ki, "Gəncəbank” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium (hökumətin göstərişi ilə borcları ödənilməsinin təxirə salınması) tətbiq edilib.
Bununla da "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və "Gəncəbank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilir.
Əmanətlərin Sığortalanması Fondu "Gəncəbank” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 28 yanvar 2016-cı il tarixi "Gəncəbank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
"Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günü ərzində "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.
Fond məlumat üçün bildirir ki, "Gəncəbank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Əhali ləğv edilmiş 6 bankdan pullarını ala biləcək?
"Azərbaycan Mərkəzi Bankı bağlanan bankların əmanətçilərinə kompensasiya verilməsində vəsait çatışmadığı təqdirdə Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna...