Əhalinin bağlanan banklardakı pulları qaytarılır
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin və "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi davam edir.
Əmanətlərin Sığortalanması Fondundan BAKU.WS-ə bildiriblər ki, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan "Bank of Azerbaijan"ın qorunan əmanətçilərinə 18,9 milyon manatdan çox, "Gəncəbank"ın qorunan əmanətçilərinə isə 344 min manatdan artıq kompensasiya ödənilib.
Ərizə formalarını "Bank of Azerbaijan" ASC və "Gəncəbank" ASC-nin qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC və "Gəncəbank"ASC-nin filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.
Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
BAKU.WS
Oxşar xəbərlər
“Texnikabank” əhalinin pulunu ödəyə bilmir (RƏSMİ)
Əmanətlərin Sığortalanması Fondunun üzvü olan "Texnikabank” ASC-də sığorta hadisəsi baş verib. BAKU.WS-in ƏSF-na istinadla verdiyi məlumata görə, ”Texnikabank...