“Texnikabank” əhalinin pulunu ödəyə bilmir (RƏSMİ)
Əmanətlərin Sığortalanması Fondunun üzvü olan "Texnikabank” ASC-də sığorta hadisəsi baş verib.
BAKU.WS-in ƏSF-na istinadla verdiyi məlumata görə, ”Texnikabank”ASC-nin əməliyyatlarına moratorium tətbiq edilib. Bununla da "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq 04 fevral 2016-cı il tarixi "Texnikabank”ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
"Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində "Texnikabank”ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.
Fond məlumat üçün bildirir ki, "Texnikabank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir. 30 min manatdan çox əmanəti olan əmanətçilərin əmanətləri ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.
BAKU.WS
Oxşar xəbərlər
Bankda qalan pullarını almaq istəyənlərin nəzərinə (ÜNVANLAR)
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, "Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib. BAKU.WS-in Ə...