Azərbaycanda daha bir bank bağlandı

Azərbaycanda daha bir bank bağlandı
İqtisadiyyat 1567

 

Azərbaycanda daha bir bank bağlandı.

BAKU.WS-in məlumatına görə, Mərkəzi Bankın İdarə Heyətinin 1fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib.

"Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, "Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcəkdir.

BAKU.WS

Oxşar xəbərlər

"NBC Bank"ın lisenziyası bərpa edildi

"NBC Bank"ın lisenziyası bərpa edildi

Mərkəzi Bank "NBC Bank” ASC-nin lisenziyasını bərpa edib. BAKU.WS-in eksklüziv məlumatına görə, bank fəaliyyətini davam etdirir. Qeyd edək ki, bankın lisenz...

3410 İqtisadiyyat 11:05 30 yanvar 2016

Son xəbərlər