Bankda qalan pullarını almaq istəyənlərin nəzərinə (ÜNVANLAR)

Bankda qalan pullarını almaq istəyənlərin nəzərinə (ÜNVANLAR)
İqtisadiyyat 1308

 

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, "Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

BAKU.WS-in ƏSF-yə istinadla verdiyi məlumata görə, Fondun Himayəçilik Şurasının 02 fevral 2016-cı il tarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq "Rabitə Bank” ASC, "Unibank” ASC və "Kapital Bank” ASC seçilib.

Sığorta hadisəsi baş vermiş "Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılacaqdır.

Ərizə formalarını qorunan əmanətçilər 04 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Gəncəbank” ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.

Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq "Gəncəbank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər:

 

Bankda qalan pullarını almaq istəyənlərin nəzərinə (ÜNVANLAR)

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri: (012) 596 65 91/92/93 və"941” nömrəli qaynar xətt.

BAKU.WS

Oxşar xəbərlər

Bu bankda əmanətlər qaytarılmağa başlanır

Bu bankda əmanətlər qaytarılmağa başlanır

"Gəncəbank”ın əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılması prosesinə fevralın 4-dən başlanılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Əmanətlərin Sığort...

1003 İqtisadiyyat 13:45 03 fevral 2016

Son xəbərlər