Lisenziyası ləğv edilən banklarda qorunan əmanətlərin məbləği açıqlanıb

Lisenziyası ləğv edilən banklarda qorunan əmanətlərin məbləği açıqlanıb
İqtisadiyyat 1187

 

Lisenziyası ləğv edilən "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-də qorunan əmanətlərin ümumi məbləği 140 mln. 300 min manatdır”.

BAKU.WS "Report”-a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlının sözlərinə görə, banklarda olan qorunan əmanətlərin həcmi bankın böyüklüyünə görə dəyişir.

Sədr bildirib ki, bu əmanətlər 40,7 min hesabda toplanıb: "Amma bu o demək deyil ki, bu qədər qorunan əmanətçi var. Çünki bir şəxsin bir neçə hesabı var. Hazırda bu məsələ ilə bağlı dəqiqləşdirmə aparılır və ondan sonra əmanətçilərə kompensasiya ödənilməsi məsələsinə baxılacaq”.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər