Azərbaycanlı nazir: "Nə otelim var, nə də şirkətim"
"Mən dövlət qulluğu haqda qanuna riayət edirəm".
Bunu ANS-ə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Azərbaycanda məmurların şəxsi otellərinin olması ilə bağlı məsələyə toxunan nazir hər bir vəzifəli şəxsin dövlət qulluğu haqqında qanuna riayət etməli olduğunu vurğulayıb.
"Dövlət qulluğu haqqında qanun var, şəxsən mənim nə otelim var, nə də şirkətim var. Yəni şəxsən mən deyə biərəm ki, buna riayət edirəm. Mən eşitməmişəm ki, hansısa nazirin, hansısa məmurun adının üstündə hansısa otel var. Bu, turizm sənayesinə aid olmayan bir məsələdir. Şirkət tikinti və ya başqa işlə məşğul ola bilər. Mənim sahəmə gələndə arzu edərdim ki, gələcəkdə turizmə sərmayə daha çox olsun" -deyə nazir bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Dövlət qulluğuna işə düzəlmək istəyənlərin nəzərinə!
Dövlət Sosial Müdafiə Fondu üzrə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul davam edir. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS...