Nazirə yazdığı şeirə görə töhmət alan Vaqif Bəhmənli: “Bu bir səhv idi”

Nazirə yazdığı şeirə görə töhmət alan Vaqif Bəhmənli: “Bu bir səhv idi”
Şou-biznes 1023

Son günlər mətbuatda böyük müzakirəyə səbəb olan şair Vaqif Bəhmənli olanlara aydınlıq gətirib.

BAKU.WS-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, son günlərin ən çox müzakirə olunan şairi Vaqif Bəhmənli (Quliyev) ölkə.az saytının suallarını cavablandırıb. Qeyd edək ki, şöbə müdirinin yazdığı şeir nazir Əbülfəs Qarayevin xoşuna gəlməmiş və o, həmin şeirə görə Vaqif Bəhmənliyə töhmət vermişdi.

- Vaqif müəllim, istərdim sual vermədən özünüz durumu izah edəsiniz.

- Çox sayda yazılarım çıxıb və çoxlu da şeirlərim işıq üzü görüb. Şeirlərin çoxunda Azərbaycan poeziyasının yeni mənzərəsi yaranır. Hər halda tənqidçilər belə deyirlər. Bunlar haqda danışan yoxdur. Ümumiyyətlə, o şeir çap olunmamalı idi.

- Niyə çap etdirdiniz?

- İnsanın səhvi olur da. Bu da bir xəta idi.

- Yəqin ki, nazirin töhmətdən əlavə bununla bağlı sizə tövsiyyəsi, iradı oldu.

- Bunu etmək olmazdı da. Mənim altmış yaşım var, özüm də bilirəm.

- Bu məsələdə həmkarlardan kimlərin dəstəyi oldu?

- Bu xırda bir məsələdir e. Bilmirəm, nə saytlara baxmıram, nə də yazılanları oxumuram. Çünki daha böyük məsələ ilə məşğuluq. Bu axşam Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçirilir. Bu möhtəşəm tədbir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanır. Yazılası o qədər gözəl şeylər var. Xırda bir qüsuru bu qədər şişirtməyə ehtiyac yoxdur. Nəzərə alın ki, mən ixtisasca jurnalistəm və iyirmi il bu sahədə çalışmışam. Amma məndən olsa bu barədə danışmazdım. Deyə bilərəm ki, haqqımda çıxarılan qərar düzgündür. O şeir çap olunmamalıydı.

- Bu addımınızı karyeranıza zərbə kimi dəyərləndirmək olarmı?

- (gülümsəyir) Bu baş verməməliydi.

- Bəziləri deyirlər ki, o şeirdən daha çox mədhiyyədir.

- Qətiyyən. Tanıyanlar bilirlər ki, mən məddahlıqdan uzağam və necə şəxsiyyətəm.

- Başqa bir fikir də var ki, sizin rəhbərlik etdiyiniz şöbədə vəziyyət yaxşı olmadığı üçün yazılıb. Yəni günahını yumaq məsələsi - Hamısı elə-belə söhbətlərdi.

- Vəzifəli şəxsə ithaf etdiyiniz ilk şeirdir?

- Mənim ithaflardan ibarət bir qəzet səhifəsi həcmində şeirlərim çıxıb.

- Kimlərə ithaf etmişdiniz?

- Qəzetlərdə var, gedin vərəqləyin. Hətta kitablarımın birində ayrıca ithaf bölməsi var və 40 adama şeir həsr etmişəm.

- Sizin şeirinizə gənc yazar Kəramət nəzirə yazmışdı. Bunu sizə qarşı təxribat kimi dəyərləndirmək olarmı?

- Oxumuram, özləri bilər, Allahları bilər.

- Əhvalınız necədir?

- Əhvalım çox yaxşıdır. Amma bəli, cəza alan adamın əhvalı göylə gedə bilməz ki (gülüşürük).

- Rəhbərlik etdiyiniz şöbənin işləri nə yerdədir?

- Hər şey yüksək səviyyədə, qaydasındadır. Bu yaxınlarda Dördüncü Beynəlxalq Bakı Kitab Sərgisini keçirdik. İyirmi ölkədən nümayəndələr gəlmişdilər. Eyni zamanda bizim nümayəndələr yaxın günlərdə Frankfurtdan qayıdıblar. Orada Azərbaycan Qız qalası formasında çöx gözəl ekspozisiya ilə iştirak etdi.

- Şairin məmurluğu necədir? Sizi sıxmır ki?

- Sən əməlli-başlı müsahibə aldın e. İnsan taleyidir də. Hərə bir yerdə işləyir, mən də burda işləyirəm.

- Vəzifə yaradıcılığınıza pis təsir etmir ki?

- Şəxsi vaxtımdan yaradıcılığıma ayırıram.

- Evdə, yaxınlarınız bu durumu necə qarşıladılar?

- Bu qədər ciddiyə almağa ehtiyac yoxdur.

- Vaxt edib sosial şəbəkədəki müzakirələr baxın. Çox ciddi müzakirələr gedir.

- Ədalətli olmaq lazımdır. Bu söz xüsusilə jurnalistlərə aiddir.

- Jurnalistləri sizin dostunuz saymaq olar?

- Onlar həmişə mənim gözümün işığıdır.

- Bəs niyə sizə qarşı belə davranırlar?

- Mən özüm də bunun səbəbini bilmirəm.

- Ümumiyyətlə, sizin barənizdə paradoksal fikirlər var jurnalistlər arasında.

- İnsan səbəbi özündə görməlidir, başqasında yox.

- Bundan sorna hansısa vəzifəli şəxsi şeir ithaf eədəcksiz?

- Şeir yazmaq məndən asılı olan iş deyil.

- Yəni bu sizə dərs oldumu?

- Altmış yaşında...

- İnsan hər gün öyrənir...

- Ola bilər. Düşünülməmiş bir addımdır. BAKU.WS

Oxşar xəbərlər

Nazir Vaqif Bəhmənliyə bu şeirə görə töhmət verdi

Nazir Vaqif Bəhmənliyə bu şeirə görə töhmət verdi

Mədəniyyət və Turizm Nazirliyi şair Vaqif Quliyevin (Bəhmənli) nazir Əbülfəs Qarayevə həsr etdiyi və günlərdir sosial şəbəkədə müzakirə olunan "Hamiya yaxşılıq”...

1931 Şou-biznes 17:08 28 oktyabr 2015

Son xəbərlər