Azərbaycanda mobil telefonlarda şok bahalaşma (FOTO)

Azərbaycanda mobil telefonlarda şok bahalaşma (FOTO)
İqtisadiyyat 2748

 

Azərbaycanda mobil telefonların qiyməti 50%-ə qədər bahalaşıb. 

BAKU.WS-in məlumatyına görə, ölkədə fəaliyyət göstərən telefon şirkətləri qiymətləri dolların manat qarşısında bahalaşdığı qədər artırıblar. İlk olaraq "İrşad Elektronics" şirkəti bu addımı atıb. Mobil telefonların qiymətini artıran şirkət "iPhone 6S"i təxminən 400 manat civarında bahalaşdırıb. 

Bir gün öncə 900 manata satılan "iPhone 6S" hazırda müştərilərə 1349 manatdan təklif olunur. "İrşad Elektronics"lə yanaşı, digər telefon şirkətləri də öz məhsullarını bahalaşdırmaq üçün hazırlıq işləri görürlər. 

Hazırda böyük telefon mağazalarında qiymətlərin dəyişdirilməsi ilə bağlı iş görülür. Sistemə yeni qiymətləri əlavə edən şirkətlər sabahdan etibarən telefonları 50% daha baha satacaqlar. 

Şahin Həbibov

BAKU.WS  

Son xəbərlər