Azərbaycanda 350 min manata klinika satıldı

Azərbaycanda 350 min manata klinika satıldı
İqtisadiyyat 2094

Bu gün Əmlak Məsələləri üzrə Dövlə Komitəsi hərrac keçirib. 

BAKU.WS xəbər verir ki, hərracda ümumilikdə 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 12-si istifadəsiz kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, eləcə də 8-i nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi,  3 istifadəsiz qeyri yaşayış sahəsi,  8 nəqliyyat vasitəsi, respublikanın digər  şəhər və rayonları üzrə 3  kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib. 

Bu dəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən 1 saylı stomatoloji poliklinika olub. Beləki, adıçəkilən əmlak 350 min 200 manata özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Nəsimi və Qaradağ rayonlarında, 1-i Sumqayıt şəhərində, 2-si isə regionlarda müvafiq olaraq Yevlax və Quba rayonlarında yerləşir. Regionlar üzrə ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Quba rayonunda yerləşən "Şahmehi” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Əmlak 100 min manata özəlləşdirilib 

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Nərimanov və Nəsimi rayonlarında, digərləri Mingəçevir və Kürdəmir rayonlarında yerləşir. Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif edən iddiaçı nəqliyyat vasitəsinin sahibi olub. 

Aynur Ələkbərova

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 330 min-ə avtodayanacaq satılır

Bakıda 330 min-ə avtodayanacaq satılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 2-də növbəti hərrac baş tutacaq. BAKU.WS xəbər verir ki, hərracda 167 dövlət əmlakının özəlləşdirilməsi nəz...

2659 İqtisadiyyat 14:49 03 aprel 2017

Son xəbərlər