Azərbaycanda poliklinika satışa çıxarıldı

Azərbaycanda poliklinika satışa çıxarıldı
İqtisadiyyat 2360

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 04 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.

Bu hərraca ümumilikdə 146 dövlət əmlakı olmaqla 21 səhmdar cəmiyyəti, 78 kiçik dövlət müəssisə və obyekti, 16 istifadəsiz qeyri-yaşayış sahəsi və 14 nəqliyyat vasitəsi çıxarılıb. Qeyd edək ki, hərraca çıxarılan 16 dövlət əmlakı icarəçilərə təklif olunub və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir. Hərraca çıxarılan əmlakların siyahısı ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.privatization.az/index.php/az/index.php?option=com_content&view=article&layout=edit&id=1490 

4 apreldə keçiriləcək yeni hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Sumqayıt şəhərində yerləşən "1 saylı təsərrüfat hesablı stomatoloji poliklinika”, Astara şəhərində yerləşən "Azərbaycan" kinoteatrı, Qusar rayonunda yerləşən "Qusar Tədarük Satış Bazası” və digərləri aiddir.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Sumqayıt şəhərində yerləşən 1 saylı təsərrüfat hesablı stomatoloji poliklinikasıdır. Qeyd olunan bu əmlakın ilkin start qiyməti 412 min manatdır.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 12-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Ağstafa və Kürdəmirdə yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Sabunçu rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 63 min manat start qiyməti ilə hərraca çıxarılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinə isə 31 min manat start qiyməti təyin olunub.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər