Bakıda 330 min-ə avtodayanacaq satılır

Bakıda 330 min-ə avtodayanacaq satılır
İqtisadiyyat 2659
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 2-də növbəti hərrac baş tutacaq. 

BAKU.WS xəbər verir ki, hərracda 167 dövlət əmlakının özəlləşdirilməsi nəzərdə tutulur. 

Bunlardan 69-u kiçik dövlət müəssisə və obyekti, 98-i qeyri-yaşayış sahəsidir. 

Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaqdır. Sahəsi 6047 kv.m olan adı çəkilən əmlakın ilkin start qiyməti 331 min 500 manatdır.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 80-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Quba, Sabirabadda yerləşir. 

Ən yüksək ilkin satış qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 468 min manat start qiyməti ilə hərraca çıxarılıb.  

Aynur Ələkbərova

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər