Azərbaycan üçün XOŞ PROQNOZLAR
25
may
2018
14:55
"Rusiya neft hasilatının azaldılması ilə bağlı OPEK+ qərarını may və iyun ayında 100 faiz icra edəcək".BAKU.WS xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. Rus nazir Sankt-Peterburq beynəlxalq İqtisadiyyat Forumunda keçirilən “Enerji paneli” sessiyasında deyib ki, Rusiyanın may və iyun aylarında neft hasilatının həcmi ilə bağlı yeni qərarı hələlik yoxdur.
“Biz OPEK+ qərarını 100 faiz icra edəcəyik. Hazırkı qiymətlərin yüksək olduğunu nəzərə alsaq, bu il ərzində neftin orta qiymətinin 60 dollardan yuxarı olacağını söyləmək olar", - deyə Aleksandr Novak bildirib.Azərbaycanlı mütəxəssislərin fikrincə Rusiyanın bu qərarı dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunacaq. İqtisadçı ekspert İlham Şaban deyir ki, bu qərarın nəticələri Azərbaycan iqtisadiyyatına da təsir edəcək.
"İyun ayında OPEK-in toplantısında neft hasilatının artırılması ilə bağlı qərar qəbul etməsi enerji bazarına təsir edəcək. Bu bazarda neftin qiymətində özünü göstərəcək. Bunun nəticələri Azərbaycan iqtisadiyyatına da birbaşa təsir edəcək", - deyə İlham Şaban bildirib.Ekspert bildirib ki, neftin qiyməti 70 dollardan aşağı olmayacaq. Qiymətlərin bundan da çox olacağı proqnozlaşdırılır.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
OPEK-in neft hasilatı ilə bağlı YENİ PROQNOZU
OPEK üzvləri və təşkilata daxil olmayan ölkələrin ötən ilin yanvarından neft hasilatının azaldılması barədə sazişə əməl etməsi neft qiymətlərinin bərpa olunması...