Rusiyalı nazirdən neftlə bağlı PROQNOZ
14
apr
2016
16:05
"2017-ci ildə neftin qiyməti 40-60 dollar arasında dəyişəcək”.
BAKU.WS xəbər verir ki, bu proqnozla Rusiyanın energetika naziri Aleksandr Novak çıxış edib. Onun qənaətinə görə, bu ilin ilk 6 ayında neftin qiyməti 40 dollar səviyyəsində qalacaq. Cari ilin ikinci yarısında isə neftin qiyməti 45 dollaradək bahalaşacaq: "İlin sonunda neftin qiyməti 50 dollara qədər yüksələ bilər. Qiymətə şist qazından əldə edilən neft də təsir edəcək”.
Şist qazı neftinin istehsalına diqqət çəkən A.Novak 2017-ci ildə neftin qiymətinin 40-60 dollar arasında olacağını deyib.
BAKU.WSOxşar xəbərlər
Neftin qiyməti kəskin bahalaşır
Dünya birjalarında xam neftin qiyməti yenidən bahalaşmağa başlayıb. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelin...