Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
10
apr
2018
23:53
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 9-da 70,34 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,21 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 9-da 69,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,22 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 9-da 65,65 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 9-da 67,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,38 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin bir bareli 70 dollar olub
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 69,94 dollar/barel təşkil edib ki, bu da çərşənbə günün...