Azərbaycan nefti bahalaşıb
06
mar
2018
23:20
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 5-də 66,73 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,62 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 5-də 66,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,64 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 5-də 61,78 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,43 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 5-də 65,85 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,65 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin bir bareli 69 dollara çatır
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 68,87 dollar/barel təşkil edib ki, bu da ötən həftəni...