Azərbaycan neftinin qiyməti 66 dolları keçdi
19
dek
2017
23:38
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 66,12 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,21 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 65,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,21 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 18-də 62,08 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,28 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 18-də 63,82 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 14-də 65,66 dollar/barel təşkil edib ki, bu da çərşənbə gün...