Azərbaycan neftinin qiyməti 66 dolları ötüb

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
İqtisadiyyat 1099
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 66,2 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,58 dollar/barel çoxdur. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 65,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,65 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 6-da 61,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 2,61 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 6-da 64,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,75 dollar/barel çoxdur.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 63 dollara çatır

Azərbaycan neftinin qiyməti 63 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 62,89 dollar/barel təşkil edib ki, bu da çərşənbə günü...

939 İqtisadiyyat 23:04 03 noyabr 2017

Son xəbərlər