Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 46,01 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,68 dollar/barel azdır.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 45,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,67 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 20-də 43,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,74 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 20-də 44,28 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,87 dollar/barel azdır.
BAKU.WS
Oxşar xəbərlər
Neftimiz yenə bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 18-də 53,31 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə...