Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır
04
dek
2017
23:47
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 1-də 65,76 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,27 dollar/barel çoxdur. BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 1-də 65,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 1-də 62,04 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,05 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 1-də 64,52 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,3 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 64,8 dollar/barel təşkil edib ki, bu da çərşənbə günü...