Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ
İqtisadiyyat 10
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 17-də 63,87 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,72 dollar/barel çoxdur. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 17-də 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 17-də 60,42 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 17-də 61,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 66 dollara çatır

Azərbaycan neftinin qiyməti 66 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 9-da 65,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə günü...

963 İqtisadiyyat 23:33 10 noyabr 2017

Son xəbərlər