Azərbaycan neftinin SON QİYMƏTİ
24
noy
2017
23:39
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 64,8 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,38 dollar/barel çoxdur. BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 64,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 23-də 61,43 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 23-də 62,92 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 17-də 63,87 dollar/barel təşkil edib ki, bu da cümə axşamın...