Azərbaycan neftinin son qiyməti
16
fev
2018
23:37
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 15-də 65,27 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,57 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 15-də 64,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 15-də 60,26 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 15-də 63,02 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,55 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 64,7 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşa...