Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 4
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 64,7 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,01 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 64,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 14-də 59,86 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 14-də 62,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan nefti 68 dollara satılıb

Azərbaycan nefti 68 dollara satılıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 68,18 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşa...

907 İqtisadiyyat 23:23 08 fevral 2018

Son xəbərlər