Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 1063
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 5-də 70,47 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,43 dollar/barel çoxdur. BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 5-də 69,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 5-də 65,86 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,36 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 5-də 67,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.BAKU.WS

Oxşar xəbərlər

Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 1-də 70,9 dollar/barel təşkil edib ki, bu da çərşənbə günün...

1169 İqtisadiyyat 23:22 02 fevral 2018

Son xəbərlər