Azərbaycan neftinin qiyməti 72 dolları keçdi

Azərbaycan neftinin qiyməti 72 dolları keçdi
İqtisadiyyat 669
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 25-də 72,18 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,77 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.Sonuncu dəfə Azərbaycan neftinin qiyməti 2014-cü il dekabrın 3-də 72 dollardan yuxarı olmuşdu (72,56 dollar).FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 25-də 71,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 25-də 68,53 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 25-də 70,58 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan neftinin bareli 71 dollara satılır

Azərbaycan neftinin bareli 71 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 70,94 dollar/barel təşkil edib ki, bu da ötən həftəni...

664 İqtisadiyyat 23:53 23 yanvar 2018

Son xəbərlər