Azərbaycan neftinin qiyməti 71 dolları ötüb
11
yan
2018
23:26
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 10-da 71,25 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,81 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib."Azeri Light"ın qiyməti Sonuncu dəfə 2015-cü il dekabrın 3-də 71 dolları ötmüşdü.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 10-da 70,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 10-da 68,05 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,89 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 10-da 69,94 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,82 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşır
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 70,44 dollar/barel təşkil edib ki, bu da bazar ertəsin...