Azərbaycan neftinin bir bareli 69 dollara çatır
27
fev
2018
23:29
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 68,87 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,77 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 68,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 26-da 64,04 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,87 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 26-da 67,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,26 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Neftimiz yenə bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 22-də 67,53 dollar/barel təşkil edib ki, bu da çərşənbə gün...