Azərbaycan neftinin SON QİYMƏTİ - Bahalaşdı

Azərbaycan neftinin SON QİYMƏTİ - Bahalaşdı
İqtisadiyyat 908
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 19-da 66,9 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,69 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 19-da 66,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 19-da 62,08 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 19-da 64,92 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan neftinin son qiyməti

Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 15-də 65,27 dollar/barel təşkil edib ki, bu da çərşənbə gün...

1069 İqtisadiyyat 23:37 16 fevral 2018

Son xəbərlər