Azərbaycan neftinin bir bareli 70 dollar olub
06
apr
2018
23:58
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 69,94 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 69,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,51 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 5-də 65,01 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 5-də 67,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,66 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin son qiyməti - bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 66,61 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə o...