Azərbaycan neftinin bir bareli 76 dollara satılır
01
may
2018
23:18
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 30-da 70,69 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 30-da 75,11 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin bir bareli 76 dollara çatır
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 75,71 dollar/barel təşkil edib ki, bu da çərşənbə günü...