Azərbaycan neftinin bir bareli 76 dollara çatır
27
apr
2018
23:38
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 75,71 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,71 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 75,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 26-da 70,42 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 26-da 74,81 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,82 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşdı
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 76,25 dollar/barel təşkil edib ki, bu da bazar ertəsin...