Azərbaycan neftinin 1 bareli 73 dollara düşüb
18
apr
2018
23:22
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 73,06 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,2 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 72,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 17-də 67,94 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 17-də 71,85 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti 1 dollar ucuzlaşdı
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 16-da 73,26 dollar/barel təşkil edib ki, bu da ötən həftənin...