Azərbaycan neftinin SON QİYMƏTİ
07
mar
2018
23:30
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 6-da 66,58 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,15 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 6-da 65,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 6-da 61,63 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 6-da 65,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 67,99 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi...