Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ
İqtisadiyyat 7
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 70,04 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,86 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 69,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 65,5 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,02 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 67,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,9 dollar/barel azdır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 71,84 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə o...

3 İqtisadiyyat 23:54 29 yanvar 2018

Son xəbərlər