Azərbaycan neftinin SON QİYMƏTİ
15
yan
2018
23:51
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 71 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,84 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 70,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 68,01 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 69,93 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,88 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 8-də 69,86 dollar/barel təşkil edib ki, bu da ötən həftənin...