Azərbaycan neftinin son qiyməti
01
dek
2017
23:16
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 30-da 64,49 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,01 dollar/barel azdır. BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 30-da 63,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,01 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 30-da 60,99 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 30-da 63,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 64,8 dollar/barel təşkil edib ki, bu da çərşənbə günü...