Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
İqtisadiyyat 1170
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 65,17 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,41 dollar/barel azdır. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 64,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 13-də 61,18 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 13-də 63,28 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,41 dollar/barel azdır.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 66,58 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi...

5 İqtisadiyyat 23:53 13 dekabr 2017

Son xəbərlər