Neftimiz cüzi ucuzlaşıb

18
yan
2018
23:39
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 17-də 70,93 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,05 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 17-də 70,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 17-də 67,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 17-də 69,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,31 dollar/barel azdır.BAKU.WS

Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 16-da 70,98 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi...