Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
14
fev
2018
23:21
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,1 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 13-də 59 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 13-də 61,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Neft kəskin ucuzlaşdı
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 8-də 66,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə günü...