Azərbaycan neftinin 1 bareli 66 dollara düşüb
21
fev
2018
23:22
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 66,3 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,6 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 65,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,61 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 20-də 61,43 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,65 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 20-də 64,33 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,59 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi...