Azərbaycan neftinin bir bareli 65 dollara satılıb

Azərbaycan neftinin bir bareli 65 dollara satılıb
İqtisadiyyat 865
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 65,2 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,41 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 64,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 60,17 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 62,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan nefti 68 dollara satılıb

Azərbaycan nefti 68 dollara satılıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 68,18 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşa...

905 İqtisadiyyat 23:23 08 fevral 2018

Son xəbərlər