Azərbaycan nefti 1 dollar ucuzlaşdı

Azərbaycan nefti 1 dollar ucuzlaşdı
İqtisadiyyat 632
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 16-da 73,26 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,21 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 16-da 72,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 16-da 67,99 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,2 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 16-da 71,9 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel azdır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 73,37 dollar/barel təşkil edib ki, bu da çərşənbə günü...

906 İqtisadiyyat 23:50 13 aprel 2018

Son xəbərlər