Azərbaycan neftinin qiyməti 73 dolları keçib
13
apr
2018
23:50
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 73,37 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,11 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 72,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,13 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 12-də 67,99 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,66 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 12-də 71,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,09 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 3-də 69,86 dollar/barel təşkil edib ki, bu da ötən həftənin...