Azərbaycan nefti ucuzlaşıb
04
apr
2018
23:21
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 3-də 69,86 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,17 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.Qeyd edək ki, Pasxa bayramı ilə əlaqədar martın 30-dan aprelin 2-dək birjalarda sövdələşmələr həyata keçirilməyib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 3-də 69,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 3-də 64,85 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 3-də 67,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,28 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin bir bareli 71 dollara satılır
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 28-də 70,86 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşam...