Azərbaycan neftinin bir bareli 66 dollara satılır

Azərbaycan neftinin bir bareli 66 dollara satılır
İqtisadiyyat 553
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 66,05 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,56 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 65,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 12-də 60,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,65 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 12-də 64,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 8-də 65,28 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə...

2 İqtisadiyyat 23:24 09 mart 2018

Son xəbərlər