Azərbaycan nefti yenə ucuzlaşdı
15
mar
2018
23:35
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 14-də 65,78 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,07 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 14-də 65,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 14-də 60,47 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 14-də 63,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,63 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 65,85 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə...