Azərbaycan manatla bağlı siyasətini dəyişir

Azərbaycan manatla bağlı siyasətini dəyişir
İqtisadiyyat 5323
"Azərbaycan yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başlayıb". "Report" xəbər verir ki, bu məlumatı "Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkəti yayıb."BMI Research"in Avropa ölkələri üzrə risk Departamentinin rəhbəri Lukas duş Santuş bildirib ki, "bu addım, iqtisadiyyatda zəruri olan struktur dəyişiklikləri gecikdirir və valyuta ehtiyatlarının axıb getməsinə səbəb olur"."Dalğalı məzənnə rejimindən geri addım atılması neft və qaz qiymətlərinin artmasından sonra ölkənin yenidən köhnə üsullara qayıtmaq istədiyini göstərir. Bununla yanaşı, Beynəlxalq Valyuta Fondu (IMF) da Azərbaycan üzün çevik məzənnə siyasətinin vacib olduğunu bildirib. Fond bildirib ki, Azərbaycan 2016-cı ilin sonunda "McKinsey&Co." konsaltinq şirkəti tərəfindən hazırlanan iqtisadi islahatlarla bağlı yol xəritəsində nəzərdə tutulduğu kimi, manatın məzənnəsinin sərbəst üzməsinə imkan verilməlidir", - deyə sənəddə qeyd olunub.BAKU.WS

Son xəbərlər