BVF-dən SƏRT BƏYANAT: Azərbaycan pul siyasətini sərtləşdirməlidir
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan dövlətinə pul siyasətini sərtləşdirməyi tövsiyə edib. Bu barədə BVF-nin yaydığı bəyanatda qeyd olunub.
Sənədə əsasən, Fond ölkədə inflyasiyanın nəzarətdə saxlanılması və manata olan tələbatın artırılması məqsədilə sərt pul siyasətinin həyata keçirilməsini zəruri hesab edir.
Həmçinin, BVF Azərbaycanın iqtisadi siyasət prioritetlərinə çoxillik büdcə konsolidasiyası planının hazırlanması və əvvəlcədən elan edilməsi, qaydalara əsaslanan fiskal çərçivənin tətbiqi və daha geniş məzənnə çevikliyinə yol açmaq üçün pul və məzənnə siyasəti çərçivələrinin gücləndirilməsini məsləhət görür.
Bununla yanaşı, Azərbaycanda sabit makroiqtrisadi mühitin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanır. Belə ki, Azərbaycan genişhəcmli ehtiyatlara malik olsa da, ehtiyatların narahatlıq yaratmayan səviyyədə saxlanılması üçün əlavə tədbirlər görməlidir. BVF rəsmi orqanların səmərəsiz dövlət xərclərinin azaldılması və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması hesabına 2017-ci ildə büdcənin konsolidasiyası yoluna qayıtmaq zərurəti ilə razılaşdığını da qeyd edib.
"Report"un analitik qrupu hesab edir ki, bu açıqlamalar Azərbaycanda faiz dərəcələrinin artırılması və rəsmi valyuta məzənnəsinin daha geniş diapazonda hərəkət etməsi mənasına gəlir. Faiz dərəcələrinin artmasının manata keçidi sürətləndirəcəyi, məzənnə siyasətində çevikliyin isə əhali və investorların xarici valyuta ehtiyatlarına marağını azaldacağı gözlənilir.
BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bank "üzən məzənnə"dən imtina edəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il dekabrın 21-dən tətbiq etdiyi "üzən məzənnə" rejimindən imtina edəcəyi gözlənilir. "Report"un analitik qrupu hesa...